YONCA - Fermerlər üçün mobil tətbiq

Layihə haqqında

“YONCA” Kənd təsərrüfatı sahəsində olan xidmətlərə və imkanlara fermerlərin əlçatanlığının artırılmasına xidmət edən mobil tətbiqdir. Tətbiqin əsas məqsədi fermerlərə kənd təsərrüfatı ilə bağlı operativ məlumat vermək və onlara fəaliyyətlərini daha səmərəli şəkildə idarə etməyə kömək etməkdir.

YONCA tətbiqinin təqdim etdiyi imkanlar:

 

  • Əkin bəyanı və subsidiya müraciəti

YONCA əkin bəyanı və subsidiya üçün müraciət prosesini asanlaşdırır və izləmək imkanı verir.  Tətbiq vasitəsilə fermerlər artıq bu əməliyyatları heç bir yerə getmədən 1-2 dəqiqə ərzində icra edə bilər.

 

  • Peyk monitorinqi ilə əkin sahələrinə nəzarət

Fermerlər torpaq sahələrinin müxtəlif tarixlər üzrə peyk təsvirlərinə baxmaq imkanı əldə edirlər. Peyk təsvirlərində torpaq sahəsinin bitki örtüyü  indeksi, rütubət indeksi və su indeksi göstəriciləri üzrə tanış olmaq mümkündür. Bu görüntülər rəng şkalası üzrə zəifdən yüksəyə doğru təsvir olunur.

 

  • Aqrar Sığorta Kalkulyatoru

Aqrar sığorta kalkulyatoru fermerlərə sığorta xərclərini öncədən hesablamaq və digər xərclərini planlamaq fürsəti verir. 

 

  • Aqrokimyəvi analiz

Aqrokimyəvi analiz üçün nümunə kodlarını YONCA mobil tətbiqi vasitəsi ilə əldə etmək mümkündür. Tətbiqin bu imkanı hətta internet bağlantısı olmadan da əlçatandır.

 

  • Hava proqnozu

Hava şəraitinin əkinçilikdə böyük rol oynadığını nəzərə alaraq, “YONCA” tətbiqində yağış ehtimalı, nisbi rütubət, küləyin sürəti və istilik dərəcəsi kimi hava şəraiti məlumatları daim əks olunur. 

 

  • Aqrotexnoloji təqvim planı

Peşəkar aqronomlar tərəfindən hazırlanmış aqrotexnoloji təqvim planı funksiyası fermerlərə bitki növlərinə uyğun olaraq aylar üzrə görülməli olan tədbirlərin siyahısını göstərir.

 

  • Məntəqələr

Bu bölmə fermerlərə kənd təsərrüfatı ilə əlaqəli xidmət və satış məntəqələri barədə daha tez məlumat əldə etmək və birbaşa əlaqə yaratmaq imkanı verir.

 

  • Kənd Təsərrüfatı Nazirliyinə ərizə və müraciət 

“YONCA” mobil tətbiqi fermerlərə Kənd Təsərrüfatı Nazirliyinə birbaşa ərizə və təkliflərlə müraciət etmək imkanı yaradır. 

 

Digital Umbrella şirkəti olaraq YONCA mobil tətbiqi vaistəsi ilə fermerlərin kənd təsərrüfatı sahəsində innovativ imkanlarla təmin olunmasına şərait yaradırıq. Fermerlərin rəqəmsal dəstəklə daha məhsuldar fəaliyyət göstərməsinə yönələrək, məhsul keyfiyyətini artırmasına və ümumi təsərrüfat idarəetməsini təkmilləşdirməsinə kömək edir.

Digər Layihələr

TapAgro - Aqrar Sahədə Elektron Ticarət Portalı

TapAgro aqrar sahədə fəaliyyət göstərən emal müəssisələrinin xammala olan tələbatını qarşılayan, istehsalçıların istehsal etdiyi kənd təsərrüfatı məhsullarına dair məlumatları əks etdirən və elektron ticarət imkanlarına malik olan portaldır.
  • Admin panel
  • Veb portal
  • ERP həll
Ətraflı

YONCA - Fermerlər üçün mobil tətbiq

“YONCA” Kənd təsərrüfatı sahəsində olan xidmətlərə və imkanlara fermerlərin əlçatanlığının artırılmasına xidmət edən mobil tətbiqdir. Tətbiqin əsas məqsədi fermerlərə kənd təsərrüfatı ilə bağlı operativ məlumat vermək və onlara fəaliyyətlərini daha səmərəli şəkildə idarə etməyə kömək etməkdir. Ətraflı

“Elektron kənd təsərrüfatı” informasiya sistemi

Layihə - Azərbaycanın kənd təsərrüfatı sektorunda rəqəmsal transformasiyanı dəstəkləmək üçün hazırlanmış geniş funksional sistemdir. Sistemin məqsədi ölkədə aqrar sahədə fəaliyyət göstərən subyektlərin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilən dövlət güzəşlərinə və xidmətlərə asan çıxışını təmin edib, iş proseslərini optimallaşdırmaqla dövlət qurumları (G2G), hökumət-vətəndaş (G2C) və hökumət-özəl təşkilat (G2B) modellərini təmin etməkdir. Müasir texnologiyaların tətbiq edilməsi ilə hazırlanan və inkişaf etdirilən bu sistem 600 000-dən çox fermerə xidmət göstərir. Ətraflı

ŞNES - Şəhərsalma Nəzarətinin Elektron Sistemi

Şəhərsalma nəzarətinin elektron sistemi şəhərsalma infrastrukturu və tikinti fəaliyyəti sahəsində elektron nəzarətin aparılmasını, qanunsuz tikinti və söküntü işlərinin operativ şəkildə aşkarlanmasını və aidiyyəti qurumların məlumatlandırılmasını təmin etmək məqsədilə hazırlanmış veb portaldır. Ətraflı

Contexterra - Optik simvol tanıma sistemi

Contexterra çap, qismən çap və əlyazama formada saxlanılan sənədlərin rəqəmsallaşdırılması və aidiyyəti üzrə ötürülməsini təmin etmək məqsədilə hazırlanmış proqram təminatıdır.Ətraflı

KSMS - Kommunal Sərfiyyatın Monitorinqi Sistemi

KSMS - müasir texnologiyalardan və smart qurğulardan istifadə edilməklə müəssisələr üzrə kommunal sərfiyyat məlumatlarının real vaxt rejimində izlənilməsi üçün hazırlanmış Monitorinq Sistemidir.Ətraflı

Kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi

EKTİS-in Kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi alt sistemi dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların fermerlər tərəfindən istifadəyə götürülməsi və istifadə səmərəliliyinə nəzarət mexanizmini təmin edən sistemdir. Torpaqların istifadəyə verilməsi və nəzarət mexanizmi sistem üzərindən Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və Yerli İcra Hakimiyyəti Orqanları tərəfindən həyata keçirmək imkanı təmin edərək dövlət ehtiyatlarının səmərəli və effektiv istifadəsini təmin etmək üçün əhəmiyyət daşıyır. Ətraflı

Laboratoriya

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin Laboratoriya alt sistemi kənd təsərrüfatına yararlı torpaqların aqrokimyəvi analizlərinin aparılması üçün müraciətlərin və analizin nəticələrinin qeydə alınması prosesinin elektronlaşdırılması məqsədilə hazırlanmış sistemdir.Ətraflı