Xidmətlər
"Digital Umbrella" biznes proseslərin avtomatlaşdırılması istiqamətində rəqəmsal həllər verən şirkətdir.Proqram təminatı
Komandamız ixtiyari mürəkkəbliyə malik informasiya sistemlərinin yaradılması və belə sistemlərə texniki dəstəyin göstərilməsi istiqamətində ixtisaslaşmış mütəxəssislərdən ibarətdir. Konsepsiyadan başlayaraq, sistemin layihələndirilməsi, yaradılması, istismara verilməsi və istifadəsi müddətində komandamız tərəfindən göstərilən xidmətin müştərilərin unikal məqsəd və ehtiyaclarına uyğun şəkildə formalaşdırılması diqqət etdiyimiz əsas məqamlardandır.Süni intellekt
Süni İntellekt (Sİ) texnologiyaları müasir dünyada müxtəlif sahələrdə inqilab yaradır və məlumatların təhlili, avtomatlaşdırma, proqnozlaşdırma kimi funksiyaları yeni bir səviyyəyə qaldırır. Komandamızın süni intellekt sahəsində malik olduğu geniş təcrübə bizə müxtəlif layihələrdə mürəkkəb problemlərə innovativ yanaşma ilə ağıllı həllər təklif etməyə imkan verir. Biz müəssisələrə rəqabət qabiliyyətlərini artırmağa, qərarvermə proseslərini optimallaşdırmağa və əməliyyat effektivliyini artırmağa kömək edirik.Data analitika
Peşəkar mütəxəssislərdən ibarət komandamız, təşkilatlara malik olduqları məlumatları müxtəlif təhlil üsulları vasitəsi ilə praktiki nəticələrə və informasiyaya çevirməklə qərar verməni təkmilləşdirməyə və fəaliyyətlərini irəli aparmağa dəstək olur.Peyk müşahidələri
Məsafədən Zondlama xidmətləri çərçivəsində, biz müxtəlif sənayelər üçün yüksək ayırdetmə qabiliyyətinə malik peyk şəkilləri və xüsusi hazırlanmış məlumat analitikası təqdim edirik. Bu sahədə olan həllərimiz kənd təsərrüfatı, ətraf mühitin idarə edilməsi və infrastruktur sahələrində peyk məlumatlarına əsaslanan düzgün qərarlar qəbul etmək imkanı yaradır. Türksat, Planet Labs, ECURS, Azercosmos və digər komersial peyk təchizatçıları ilə birbaşa olan əməkdaşlığımız çərçivəsində ümumilikdə 400-dən artıq peyk məhsullarına çıxışı müştərilərimiz üçün təmin edirik.Coğrafi İnformasiya Sistemləri
Coğrafi İnformasiya Sistemləri (CİS) məkansal məlumatları yüksək dəqiqliklə toplamaq, idarə etmək, təhlil etmək və vizuallaşdırmağa imkan verən texnologiyadır. Komandamız ekoloji tendensiyaların təhlilindən tutmuş şəhər planlaşdırmasına qədər müxtəlif idarələrə, qurumlara, beynəlxalq təşkilatlara və fərdlərə əsaslı fikirlər əldə etmək məqsədilə bu istiqamətdə xidmətlər göstərir.