DIGITAL UMBRELLA

İnnovativ sənayedə rəqəmsal qapıları bizimlə aç
Digital Umbrella yerli ekosistem və cəmiyyət üçün əhəmiyyətli məqamları nəzərə alıb, problemləri aşkar edərək yerli bazarı qabaqcıl rəqəmsal həll yolları ilə təmin edir.

Biz nə təklif edirik?

Gördüyümüz işlər - realdır. Əsas hədəfimiz - ölkədə rəqəmsal transformasiyanı sürətləndirərək ekosistemdə müsbət nəticələr əldə etməkdir.

Dəyərlərimiz

Hər bir uğurlu şirkətin əsasını insanlar və korporativ mədəniyyət təşkil edir.

Dürüstlük

Heç kəs baxmadığı anda belə düz olanını etmək, atdığımız hər bir addımda dürüstlük nümayiş etdirmək sağlam münasibətlərin təməlidir.

İnsanlıq

Hər bir uğurlu şirkətin əsasını insanlar təşkil edir. Buna əsaslanaraq əməkdaşlarımızın və onların ailələrin sağlamlığı və rifahı şirkətin əsas dəyərlərindən biri hesab edirik.

Komanda işi

Komanda işi məhsulardığı artırır və hər bir üzvün sürətli inkişafı üçün şərait yaradır. Birgə çalışaraq daha yaxşı nəticə əldə edirik.

Təşəbbüskarlıq

Ətrafında görmək istədiyin dəyişikliyi ilk addımı ataraq özün yarat. Hər bir yenilikçi fikir təşəbbüskarlıq və entuziasm nəticəsində reallaşır.

Bizə etibar edirlər

Layihələr

Ölkə miqyasında ciddi missiyalı layihələrin həyata keçirilməsində və dəstəyindəki təcrübəmiz verilmiş biznes problemə effektiv həll təklif etməyimizdə vacib rol oynayır.

TapAgro - Aqrar Sahədə Elektron Ticarət Portalı

TapAgro aqrar sahədə fəaliyyət göstərən emal müəssisələrinin xammala olan tələbatını qarşılayan, istehsalçıların istehsal etdiyi kənd təsərrüfatı məhsullarına dair məlumatları əks etdirən və elektron ticarət imkanlarına malik olan portaldır.
  • Admin panel
  • Veb portal
  • ERP həll
Ətraflı

YONCA - Fermerlər üçün mobil tətbiq

“YONCA” Kənd təsərrüfatı sahəsində olan xidmətlərə və imkanlara fermerlərin əlçatanlığının artırılmasına xidmət edən mobil tətbiqdir. Tətbiqin əsas məqsədi fermerlərə kənd təsərrüfatı ilə bağlı operativ məlumat vermək və onlara fəaliyyətlərini daha səmərəli şəkildə idarə etməyə kömək etməkdir. Ətraflı

“Elektron kənd təsərrüfatı” informasiya sistemi

Layihə - Azərbaycanın kənd təsərrüfatı sektorunda rəqəmsal transformasiyanı dəstəkləmək üçün hazırlanmış geniş funksional sistemdir. Sistemin məqsədi ölkədə aqrar sahədə fəaliyyət göstərən subyektlərin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilən dövlət güzəşlərinə və xidmətlərə asan çıxışını təmin edib, iş proseslərini optimallaşdırmaqla dövlət qurumları (G2G), hökumət-vətəndaş (G2C) və hökumət-özəl təşkilat (G2B) modellərini təmin etməkdir. Müasir texnologiyaların tətbiq edilməsi ilə hazırlanan və inkişaf etdirilən bu sistem 600 000-dən çox fermerə xidmət göstərir. Ətraflı

ŞNES - Şəhərsalma Nəzarətinin Elektron Sistemi

Şəhərsalma nəzarətinin elektron sistemi şəhərsalma infrastrukturu və tikinti fəaliyyəti sahəsində elektron nəzarətin aparılmasını, qanunsuz tikinti və söküntü işlərinin operativ şəkildə aşkarlanmasını və aidiyyəti qurumların məlumatlandırılmasını təmin etmək məqsədilə hazırlanmış veb portaldır. Ətraflı

Contexterra - Optik simvol tanıma sistemi

Contexterra çap, qismən çap və əlyazama formada saxlanılan sənədlərin rəqəmsallaşdırılması və aidiyyəti üzrə ötürülməsini təmin etmək məqsədilə hazırlanmış proqram təminatıdır.Ətraflı

KSMS - Kommunal Sərfiyyatın Monitorinqi Sistemi

KSMS - müasir texnologiyalardan və smart qurğulardan istifadə edilməklə müəssisələr üzrə kommunal sərfiyyat məlumatlarının real vaxt rejimində izlənilməsi üçün hazırlanmış Monitorinq Sistemidir.Ətraflı

Kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi

EKTİS-in Kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi alt sistemi dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların fermerlər tərəfindən istifadəyə götürülməsi və istifadə səmərəliliyinə nəzarət mexanizmini təmin edən sistemdir. Torpaqların istifadəyə verilməsi və nəzarət mexanizmi sistem üzərindən Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və Yerli İcra Hakimiyyəti Orqanları tərəfindən həyata keçirmək imkanı təmin edərək dövlət ehtiyatlarının səmərəli və effektiv istifadəsini təmin etmək üçün əhəmiyyət daşıyır. Ətraflı

Laboratoriya

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin Laboratoriya alt sistemi kənd təsərrüfatına yararlı torpaqların aqrokimyəvi analizlərinin aparılması üçün müraciətlərin və analizin nəticələrinin qeydə alınması prosesinin elektronlaşdırılması məqsədilə hazırlanmış sistemdir.Ətraflı