Peyk müşahidələri

Məsafədən Zondlama xidmətləri çərçivəsində, biz müxtəlif sənayelər üçün yüksək ayırdetmə qabiliyyətinə malik peyk şəkilləri və xüsusi hazırlanmış məlumat analitikası təqdim edirik. Bu sahədə olan həllərimiz kənd təsərrüfatı, ətraf mühitin idarə edilməsi və infrastruktur sahələrində peyk məlumatlarına əsaslanan düzgün qərarlar qəbul etmək imkanı yaradır. Türksat, Planet Labs, ECURS, Azercosmos və digər komersial peyk təchizatçıları ilə birbaşa olan əməkdaşlığımız çərçivəsində ümumilikdə 400-dən artıq peyk məhsullarına çıxışı müştərilərimiz üçün təmin edirik.

Yüksək Ayırdetməli Peyk Təsvirləri

Bütün xam və emal olunmuş məlumatların təmin edilməsi; DEM, DSM, DTM-in işlənməsi; 0.3m, 0.5m, 1.5m və 3m-ə kimi təsvirlərin əldə olunması və emal olunması; Fotogrametrik emal və ortofoplanalma.

Yüksək Ayırdetməli Peyk Təsvirləri

Dəqiq Əkinçiliyə Dəstək

- Müxtəlif bitki və torpaq sağlamlığı indekslərinin (NDVI, SAVI və s.) tətbiqi; - Əkin məhsuldarlığının qiymətləndirilməsi və proqnozlaşdırılması; - Suvarma və qida maddələrinin idarə edilməsi; - Xəstəlik və zərərvericilərin aşkarlanması.

Dəqiq Əkinçiliyə  Dəstək

Ətraf Mühitin Monitorinqi və İdarəedilməsi

Meşələrin qırılması və bərpası monitorinqi; Suyun keyfiyyəti və su hövzəsinin təhlili; Torpaq şoranlığı, eroziyası və torpaq deqradasiyasının izlənməsi; Yaşayış yeri və biomüxtəlifliyin qiymətləndirilməsi.

Ətraf Mühitin Monitorinqi və İdarəedilməsi

İnfrastruktur Monitorinqi

Nəqliyyat dəhlizlərinin monitorinqi; Şəhər inkişafı və genişlənməsinin izlənməsi; Qeyri-qanuni torpaq istifadəsinin və zəbtinin müəyyən edilməsi; Boru kəməri və kommunal infrastruktura nəzarət.

İnfrastruktur Monitorinqi

Fərdiləşdirilmiş Məlumat Analitikası

CİSvə digər coğrafi platformalar ilə məlumat inteqrasiyası; İnteraktiv tablolar və hesabat; Proqnoz modelləşdirmə və trend təhlili.

Fərdiləşdirilmiş Məlumat Analitikası

Digər Xidmətlər