Kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi
Layihə haqqında
EKTİS-in Kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi alt sistemi dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların fermerlər tərəfindən istifadəyə götürülməsi və istifadə səmərəliliyinə nəzarət mexanizmini təmin edən sistemdir. Torpaqların istifadəyə verilməsi və nəzarət mexanizmi sistem üzərindən Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və Yerli İcra Hakimiyyəti Orqanları tərəfindən həyata keçirmək imkanı təmin edərək dövlət ehtiyatlarının səmərəli və effektiv istifadəsini təmin etmək üçün əhəmiyyət daşıyır.
TİS-in yaratdığı imkanlar
- Fermerlər dövlət mülkiyyətində olan istifadəsiz kənd təsərrüfatı təyinatlı torpaqlarla tanış olmaq, xəritə üzrə yerini və digər məlumatları əldə etmək imkanına malikdir;
- İstifadədə olmayan torpaqların təyinatı üzrə istifadə məqsədi ilə sistem üzərindən müraciət edə və optimallaşmış elektron xidmət üzərindən asanlıqla torpağı icarəyə götürərək kənd təsərrüfatı ilə məşğul ola bilər;
- İstifadədə olmayan torpaqları istifadə etmək üçün müraciət etmək və tam elektron qaydada asanlıqla müqavilə bağlayaraq kənd təsərrüfatı ilə məşğul ola bilər;
- Əkinçilik fəaliyyəti üzrə dövlət subsidiyasından faydalana bilər;
- Müvafiq icra orqanları dövlət mülkiyyətində olan torpaqların dəqiq hesabatlılığının aparılması, onlardan istifadə vəziyyətinin monitorinq edilməsi və effektivliyinin artırılması üzrə nəzarət mexanizminin nəticəsini təhlil etmək imkanına malikdir.
Sistemin istifadəçiləri
- Fərdi fermerlər və təsərrüfat sahibləri
- Kənd Təsərrüfatı Nazirliyi
- İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
- Yerli İcra Hakimiyyəti Orqanları
Digər Layihələr