Laboratoriya
Layihə haqqında
Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin Laboratoriya alt sistemi kənd təsərrüfatına yararlı torpaqların aqrokimyəvi analizlərinin aparılması üçün müraciətlərin və analizin nəticələrinin qeydə alınması prosesinin elektronlaşdırılması məqsədilə hazırlanmış sistemdir.
Laboratoriya alt modulunun yaratdığı imkanlar
- Fermerlər üçün analizlərə əlçatanlıq: Fermerlər sistem vasitəsilə asanlıqla aqrokimyəvi analizlər üçün müraciət edə və nəticələrini protokollar vasitəsilə izləyə bilərlər.
- Torpaq və məhsul keyfiyyətinin artırılması: Toplanan analiz məlumatları fermerlərə torpaqlarının vəziyyətini başa düşməyə və məhsuldarlığı artırmaq üçün lazımi tədbirləri görməyə imkan verir.
- Rəqəmsallaşmış məlumat mübadiləsi: Laboratoriya nəticələri elektron formada sistemə daxil edilir və fermerlərə şəffaf və operativ məlumat ötürülür.
- Səmərəlilik və dəqiqlik: Nümunələrin coğrafi koordinatlara əsasən götürülməsi və analizlərin dəqiq nəticələr verməsi fermerlərin torpaqlarını daha yaxşı idarə etməsinə və məhsuldarlığı artırmaq üçün düzgün qərarlar qəbul etməsinəg kömək edir.
Sistemin istifadəçiləri
- Dövlət və özəl laboratoriyalar sistemin əsas istifadəçiləridir
- Fermerlər torpaqlarının analiz nəticələrini elektron qaydada əldə edə və izləyə bilərlər
- KTN və aidiyyəti alt qurumların məlumatları əsasında statistik və analitik təhlil nəticələri ilə tanış ola bilərlər
Digər Layihələr