“Elektron kənd təsərrüfatı” informasiya sistemi
Layihə haqqında
Layihə - Azərbaycanın kənd təsərrüfatı sektorunda rəqəmsal transformasiyanı dəstəkləmək üçün hazırlanmış geniş funksional sistemdir. Sistemin məqsədi ölkədə aqrar sahədə fəaliyyət göstərən subyektlərin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilən dövlət güzəşlərinə və xidmətlərə asan çıxışını təmin edib, iş proseslərini optimallaşdırmaqla dövlət qurumları (G2G), hökumət-vətəndaş (G2C) və hökumət-özəl təşkilat (G2B) modellərini təmin etməkdir. Müasir texnologiyaların tətbiq edilməsi ilə hazırlanan və inkişaf etdirilən bu sistem 600 000-dən çox fermerə xidmət göstərir.
Sistemin yaratdığı imkanlar
Sistemin 10-dan çox alt sistem və modulları fermer, tədarükçü, təchizatçı, baytar, SMM və prosesləri idarə edən operatorlar üçün xidmət göstərməkdədir. Mütəmadi olaraq aşağıda adları verilmiş və digər yeni alt sistem və modulların yaradılması, mövcud modulların digər sistemlərlə inteqrasiya imkanlarının tətbiq edilməsi, o cümlədən Aİ və digər müasir texnologiyaların tətbiq edilməsi ilə optimallaşdırılması işləri aparılmaqdadır.
- Kənd təsərrüfatı subyektlərinin və onların təsərrüfatlarının qeydiyyatı;
- Əkin, məhsul, toxum, heyvan, arı və barama subsidiyaları üzrə xidmətlərin elektron təşkil edilməsi;
- Kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə imkanlarının təmin edilməsi;
- Ərzaqlıq buğda istehsalı ilə məşğul olan fermerlərlə müqavilələrin qeydiyyatı və güzəştlər;
- Heyvanların süni mayalandırılması və baytarlıq xidmətləri;
- İstifadəçi səlahiyyətlərinin idarə edilməsi;
- Hesabatlılıq sistemi və s.
O cümlədən, toplanmış məlumatların effektiv emal edilməsi üçün DWH qurulması və daim təkmilləşdirilməsi, toplanmış məlumatlar üzərindən ehtiyaclara uyğun data analitikasının aparılması və qərarvermədə istifadə edilməsi kimi vacib təhlillər komandamız tərəfindən təmin edilir.
Digər Layihələr