KSMS - Kommunal Sərfiyyatın Monitorinqi Sistemi
Layihə haqqında
KSMS - müasir texnologiyalardan və smart qurğulardan istifadə edilməklə müəssisələr üzrə kommunal sərfiyyat məlumatlarının real vaxt rejimində izlənilməsi üçün hazırlanmış Monitorinq Sistemidir.
"KSMS - Kommunal Sərfiyyatın Monitorinqi Sistemi"nin yaratdığı imkanlar
- Müasir texnologiyalardan və smart qurğulardan istifadə edilməklə hazırlanmış Monitorinq Sistemi vasitəsi ilə müəssisənin günlük, aylıq, illik və ya istənilən tarix intervalına uyğun qaz, su, elektrik sərfiyyatının real vaxt rejimində izlənilməsi mümkündür.
- Sərfiyyat göstəricilərinə dair məlumatlar vizual olaraq daha oxunaqlı olması üçün statistik rəqəmlərlə yanaşı qrafik formatında təqdim edilir.
- Cari sərfiyyat göstəriciləri əvvəlki eyni dövr ilə müqayisəli şəkildə təqdim edilir.
- Sayğaclarda yaranmış problemlər və anomaliya halları ilə əlaqədar sistem vasitəsi ilə, eyni zamanda email bildirişlər təqdim edilir.
Digər Layihələr