TapAgro - Aqrar Sahədə Elektron Ticarət Portalı

TapAgro aqrar sahədə fəaliyyət göstərən emal müəssisələrinin xammala olan tələbatını qarşılayan, istehsalçıların istehsal etdiyi kənd təsərrüfatı məhsullarına dair məlumatları əks etdirən və elektron ticarət imkanlarına malik olan portaldır.

Portal vasitəsilə müxtəlif növ gübrə, pestisid, toxum və tinglərin, eləcə də heyvanlar, aqrotexniki avadanlıqlar və maşınların mövcud qanunvericiliyin tələblərinə uyğun elektron ticarəti həyata keçirilir.

Fermerlər təsərrüfatları üçün tələb olunan zəruri istehsal vasitələrinə olan ehtiyaclarını TapAgro vasitəsi ilə ödəyirlər. Hazırda ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı istehsal vasitələrinin təchizatçılarının böyük əksəriyyəti Portalın aktiv istifadəçiləridir.

TapAgroda 500-dən çox təchizatçı şirkət (satıcı), 300 000-dən çox fermer (alıcı), 10 000 dən çox məhsul və 1 000 000-dan çox sifariş qeydə alınmışdır və bu göstəricilər davamlı olaraq artmaqdadır.

TapAgronun yaratdığı imkanlar

  • İşçilərinizi, filial və anbarlarınızı, məhsullarınızı, stoklarınızı, satış və ödənişlərinizi idarə edə biləcək virtual mağaza hesabı ilə təmin olunursunuz.

  • Vebsayt vasitəsilə məhsullarınızın potensial alıcı kütləsinə tanıtdıra bilməyiniz üçün əla fürsət əldə edirsiniz.

  • Müxtəlif növ gübrə, pestisid, toxum və tinglərin, eləcə də aqrotexniki avadanlıqlar və maşınların mövcud qanunvericiliyin tələblərinə uyğun elektron ticarətini həyata keçirmək imkanı əldə edirsiniz.

  • Alqı-satqı prosesinin iştirakçıları ilə vahid virtual məkanda birləşmək imkanı əldə edir, daha əlçatan və rahat alqı-satqı mühiti ilə təmin olunursunuz.

  • Portalda aparılmış əməliyyatlara dair data əsaslı hesabatlar əldə edirsiniz.

Sistemin istifadəçi panelləri

  1. Təchizatçılar üçün ERP həll www.store.tapagro.az

  2. Sistemin admin paneli www.platform.tapagro.az

  3. Elektron ticarət platforması (vebsayt) www.tapagro.az