Eagro - Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi

“Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi” (EKTİS) - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əsas fəaliyyət prinsiplərini özündə ehtiva edən, daxili və xarici sistemlər ilə inteqrasiya imkanlarını geniş əhatə edən və kənd təsərrüfatı zəncirinin qurulmasına zəmin yaradan vahid bir sistemdir.

Eagronun yaratdığı imkanlar

  • Fermerlərin xidmətlərə əlçatanlığının artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi
    Sistemdə 600 mindən çox istifadəçi qeydiyyatdan keçmişdir. Hər il əkinçiliklə məşğul olan 400 mindən çox ,
    heyvandarlıqla məşğul olan 90 minə yaxın fermer subsidiya xidmətlərindən faydalanır.

  • Dövlət büdcəsi hesabına subsidiyaların verilməsi sahəsində proseslərin avtomatlaşdırılması, şəffaflığın və rahatlığın
    artırılması

    Dövlət informasiya sistemləri ilə inteqrasiyaların təkmilləşdirilməsi, sənəd üzərində qeydə alınan məlumatların
    tətbiq edilməsi ilə elektron xidmətlərin rəqəmsallaşdırılması
    təmin edilir.

  • Kənd təsərrüfatı sahəsində fəaliyyətin səmərəliliyinin təhlil edilməsi, yeni metodların və
    texnologiyaların tətbiq edilməsi ilə imkanların genişləndirilməsi

    Toplanmış məlumatların analitik təhlili, müxtəlif mənbələrdən əldə edilmiş məlumatların qarşılıqlı emalı Nazirliyin
    fəaliyyət planlaması, proqnozlaşdırma və idarəetmə mexanizmini gücləndirməyə imkan yaradır. “Remote sensing”
    və digər yeni tenologiyaların tətbiqi proseslərin sürətli və etibarlı emalını təmin edir.

Sistemin istifadəçi panelləri

  1. Fermerlər üçün istifadəçi paneli

  2. Operatorlar və digər subyektlər üçün idarəetmə paneli

  3. Sistemin admin paneli